“Xətai” metrosunun yaxınlığında, Süleyman Vəzirov küçəsində yerləşən prestijli Bakı Group MTK yaşayış kompleksində premium mənzil satışdadır.
16 mərtəbəli yeni tikili binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 125 kv.m olan 3 otaqlı mənzil yüksək zövqlə təmir olunub və tam əşyalı şəkildə təqdim edilir. Mənzildə istifadə olunan mebellər keyfiyyətli Türkiyə istehsalıdır. Geniş və işıqlı otaqlar, rahat planlanma və müasir interyer mənzilə xüsusi komfort qazandırır.
Mənzil tam hazır vəziyyətdədir — əlavə təmir və xərc tələb etmir. Kombi istilik sistemi mövcuddur. Sənəd çıxarışdır və ipotekaya yararlıdır.
Bu ərazidə belə təmirli və əşyalı mənzillər nadir hallarda satışa çıxır. 340.000 AZN qiymətə təqdim olunan bu mənzil həm yaşayış, həm də yatırım baxımından çox güclü təklif hesab olunur.
Təcili satışdadır.
Mənzilin videosu istənilən vaxt təqdim oluna bilər.